Millimizin rəqibi heyətini açıqladı

Bakı İdman Sarayında 19 yaşadək futzalçılardan ibarət milli komandamızla qarşılaşacaq Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasının heyəti açıqlanıb. Newsport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komandalar arasındakı oyun fevralın 19-da və 21-də baş tutacaq.

Ayın 17-də bir araya gələcək qardaş ölkə futzalçıları ertəsi gün Bakıya səfər edəcək. Baş məşqçi Murat Kaya heyətə 3-ü qapıçı olmaqla 14 futzalçı dəvət edib.

Qapıçılar: Ertuğrul Yıldız ( Gənclərbirliyi, ) Recep Taş (Arnavutköy Bld.S.K), Erkan Çinar (Beşiktaş)

Oyunçular: Mustafa Acar ( Antalyaspor), Muhammed Yusuf Aygün (Beşiktaş), Mustafa Yorulmaz ( Gənclərbirliyi), Doğu Demirkol (Göztəpə), Batuhan Dırağa (Kasımpaşa) Sefa Çollak (Medipol Başakşehir), Arda Köksal (Ərzurumspor), Emir Şenocak (Bursaspor), Bünyamin Balcı (Antalyaspor), Muhammed Furkan Özhan (Ərzurumspor), Berat Altındiş (Bursaspor).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right