Futzal millimizin rəqibləri son oyunda müəyyənləşəcək

Final mərhələsi 2020-ci ildə Litvada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsinin oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, bu mərhələnin H qrupunun qalibi, G qrupunun isə ikincisi millimizin rəqibi olacaq. Qruplarda artıq iki turun oyunları keçirilib.

Moldovada təşkil edilən H qrupunda iki komanda maksimum nəticə ilə irəliləyir. Meydan sahibləri ilk oyunda Uelsi 8:4, dünən isə adanın digər təmsilçisi olan Şimali İrlandiyanı 13:3 hesabı ilə məğlub edib. Finlandiya isə ilk dueldə Şimali İrlandiyanı 9:1, ikinci matçda Uelsi 7:0 hesabı ilə məğlub edib. Hər iki komandanın aktivində 6 xal var və topların müsbət göstəricisinə görə Finlandiya birinci pillədə qərarlaşıb. Bu komandalar əsas mərhələyə vəsiqəni təmin etsələr də, qrup qalibini və ikinci pillənin sahibini son qarşılaşma müəyyənləşdirəcək.

Hazırkı vəziyyətdə hər iki komanda millimizin potensial rəqibi hesab edilir. Uels və Şimali İrlandiya isə təsəlli oyunu keçirəcəklər. H qrupundan fərqli olaraq G qrupunda vəziyyət bir qədər fərqlidir. Belə ki, Hollandiya hər iki oyunu itkisiz başa vurub. Onlar birinci görüşdə Estoniyanı 4:1, dünən isə Monteneqronu 4:2 hesabı ilə üstələyib. Qrup oyunlarına evsahibliyi edən Bolqarıstan isə turnirə heç-heçə ilə başlayıb. Monteneqro ilə matç 1:1 hesabı ilə bitib. Bolqarlar dünən Estoniyanı 3:2 hesabı ilə yeniblər. Hazırda Hollandiyanın 6, Bolqarıstanın isə 4 xalı var. Aktivində 1 xal olan Monteneqronun ikinci yeri tutmaq şansı davam edir. İkinci yerin sahibi millimizin rəqibi olacaq. Qruplarda son turun oyunu fevarlın 2-də keçiriləcək. G qrupunda Hollandiya Bolqarıstanla, Estoniya Monteneqroyla, H qrupunda isə Finlandiya Moldovayla, Uels isə Şimali İrlandiyayla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right