Hakimlər Komitəsindən yenilik

Futzal üzrə Azərbaycan çempionatında yenilik tətbiq olunacaq. Newsport.az  Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, fevralın 1-dən etibarən Birinci və İkinci liqaların oyunlarına da üçüncü hakim təyinatı olacaq.

Bu yeniliklə bağlı qərarı AFFA-nın Hakimlər Komitəsi qəbul edib. Belə ki, indiyə qədər ancaq Yüksək Liqanın və Azərbaycan kubokunun oyunlarına üçüncü hakim təyinatı edilirdi. Birinci və İkinci liqanın oyunlarına isə iki hakim təyinat alırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right