Azərbaycan çempionuna texniki qələbə

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında baş tutmayan oyunlarla bağlı qərarlar verilib. Newsport.az xəbər verir ki, komitə futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” MFK – “Araz” görüşünün keçirilməməsini də araşdırıb.

“Yasamal” MFK komandası oyunda iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. Son Azərbaycan çempionu isə hesabına 3 xal yazıb.

U-13 Qızlar Liqasının “Əhmədli Yunayted” – “Xırdalan City” matçında sonuncular iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının ŞKGB – “Angel” oyununda isə meydan sahiblərinə eyni hesabla məğlubiyyəti rəsmiləşib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah