Azərbaycanlı futzalçıya 1 illik cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, yığıncaqda futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verənlər də müzakirə olunub.

Oyunun 30-cu dəqiqəsində “Standard”ın futzalçsı Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Görüşün 38-ci dəqiqəsində “Star Karqo”nun futzalçısı Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah