Azərbaycan millisinin üzvü klubunu dəyişdi

İlk iki dövrədən sonra futzal çempionatında turnir cədvəlinə başçılıq edən EKOL mövqeyini qorumaq üçün heyətini gücləndirməyə çalışır. Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarovla anlaşıb. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qış fasiləsinə qədər “Araz”ın heyətində çıxış edən futzalçı, qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacağını təsdiqləyib.

“Araz” dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah