İlk dueli “Xəzər Cənub” qazandı

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turdan təxirə salınmış oyun keçirilib. Newsport.az xəbər verir ki, Bakı İdman Sarayında “Yasamal” FK və “Xəzər Cənub” komandaları üz-üzə gəlib.

Fasiləyə qədər komandalar hərəyə bir dəfə fərqlənib. Halbuki “Xəzər Cənub” daha çox qol vura bilərdi. Bunun üçün nominal qonaqlar iki dəfə təyin edilmiş 10 metrlik zərbəni dəqiq yerinə yetirməli idi. Ancaq Mehdi Pənahande qeyri-dəqiq oynadı, Farid Mazahevinin zərbəsini isə qapıçı zərərsizləşdirdi. İkinci hissədə üstünlük “Xəzər Cənub”un tərəfində oldu. Oyunun gedişində “Yasamal” FK-nın 2 oyunçusunun qırmızı vərəqə alması və komandasını azlıqda qoyması da nəticəyə təsirsiz ötüşmədi. Beləliklə ilk “4-lük”ə iddialı iki komandanın cari mövsümdəki ilk duelini “Xəzər Cənub” qazandı. Bu komandalar arasında növbəti təxirə salınmış oyun dekabrın 10-da, saat 12:30-da Bakı İdman Sarayında keçiriləcək.

Yüksək Liqa

4-cü turdan təxirə salınan oyun

7 dekabr

Yasamal FK – Xəzər Cənub 3:7

Qollar: S. Amini, 12:01, M. Cahandost, 32:48, S. Jamali, 36:59 // Ş. Şahnazi, 19:38, 31:07, F. Mazahevi, 22:44, 24:25, H. Rezvan, 26:07, A. Mikaili, 32:15, M. Nasirzadeh, 35:42.

Qırmızı vərəqələr: S. Amini, 29:59 (ikinci sarı), M. Cahandost, 34:01.

Hakimlər: Azad Hüseynov, Mehman Mahmudov, Rahin Heybətov.

Bakı İdman Sarayı. Saatı 12:30.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right