Millimiz qələbə ilə başladı

Futzal üzrə Birinci Liqada I turun qalan 4 oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən ilk qarşılaşmada iki ali təhsil qurumunun komandası üz-üzə gəlib.

Daha təcrübəli hesab edilən Namiq Quliyevin komandası böyükhesablı qələbə qazanıb. Günün ikinci oyununda isə “sülh” qeydə alınıb. Düzdü, oyunun gedişində “Sovetski” FK ardıcıl 3 top vurmağı bacarıb. Amma ruhdan düşməyən “Şərq” bərabərliyi bərpa edib. Beləliklə debütantlar mövsümə xalla başlayıb.

İki ay əvvəl yaradılan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası isə Çinar Cəbrayıl-la “siftə” edib. Ağatahir Əzimov məşqçi kimi ilk rəsmi oyunda 3 xal qazanıb. Turun son qələbəsini isə Baku Fire aktivinə yazdırıb.

 

AZMIU – ADBTİA 1:7

Sovetski FK - Şərq 3:3

Çinar Cəbrayıl - U-19 2:9

Metropoliten - Baku Fire 1:7





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right