“Araz” ilk oyunda xal itirdi, debütant darmadağın etdi

Futzal üzrə Yüksək Liqada 2018/19 mövsümünə start verilib.

 

Newsport.az-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən 1-ci turun oyunlarında maraqlı nəticələr qeydə alınıb.

 

Açılış matçında “Neftçi” debütant “Xəzər Cənub”la qarşılaşıb. Gərgin keçən oyunda qələbəni “Neftçi” aktivinə yazdırıb.

 

Günün ikinci oyununda son çempion “Araz”la “Yasamal” üz-üzə gəlib. Oyunun əksər hissəsində hesabda öndə olan “Araz” bu üstünlüyünü sona qədər qoruya bilməyib və Joze Alesio da Silvanın komandası mövsümə xal itkisi ilə start verib.

 

Tura iki debütantın dueli ilə yekun vurulub. Əsasən İrandan cəlb edilən legionerlərdən qurulan “Liman” mövsümün ilk böyükhesablı qələbəsini qazanıb.

 

Xəzər Cənub – Neftçi İK 6:8 
Qol: Ş. Şahnazian, 11:38, O. Nabat, 19:22, H. Rezvan, 33:27, M. Pənahande, 38:39, 39:07, 39:34 - M. Katebi, 6:20, H. Povrjavid, 10:46, H. Abdollahi, 16:27,34:14 R. Fərəczadə, 22:55, V. Xocayev, 35:49, 37:50, V. Borisov, 38:07.
Sarı vərəqə: M. Pənahande, 34:08, O. Nabat, 38:06 - V. Borisov, 13:33, R. Fərəczadə, 14:17, M. Katebi, 39:34.
Qırmızı vərəqə: M. Katebi, 39:36.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov 
Bakı İdman Sarayı. Saat 12:30

 

Yasamal FK - Araz 4:4 
Qollar: S. Amani, 19:57, O. Orazi, 32:32, S. Jamali, 33:38, S. Cavid, 36:03 - R. Çovdarov, 1:59, E. Mikayılov, 8:38, K. Manafov, 23:02, İ. Atayev, 31:29.
Sarı vərəqə: S. Cavid, 16:40, S. Şahnasi, 31:52 - E. İbramxəlilov, 14:42, İ. Atayev, 30:40, A. Həbibov, 31:48.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Bakı İdman Sarayı. Saat 14:30.

 

Yasamal İSK - Liman 3:12 
Qollar: N. Mahmudov, 27:15, 37:30, M. Eyniyev, 33:10 - S. M. Musevi (nöm. 11), 0:40, H. Fatihzadeh, 6:00, 24:49, 25:12, 25:20, V. Seydi, 17:59, 26:06, 37:02, S.M. Musevi (nöm. 8) 23:36, 32:19, 35:02, A. Qarani, 38:47.
Sarı vərəqə: A. Qarani, 5:32, S. M. Musevi, 11:55, H. Fatihzadeh, 33:37.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:30.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right