Azərbaycan çempionatının bombardiri Rusiya klubunda

Azərbaycan milli komandasının üzvü Tyaqo Teles Bolinya karyerasını Rusiyada davam etdirəcək.

Newsport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi Feysbuk səhifəsinə yaydığı xəbərə görə,  o, “Norilsk Nikel” klubu ilə anlaşıb. Son iki mövsümü “Araz”da keçirən hücumçu yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. O, son iki mövsümdə həm də “Araz”ın formasını geyinib. Hücumçu 2017/18 mövsümündə 34 qol vurub və Yüksək Liqanın bombardiri olub.

Mayda “Araz”la anlaşması başa çatan futzalçı klubun strategiyasını dəyişdiyini elan etdikdən sonra Rusiya təmsilçisinin təklifini dəyərləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right