Azərbaycanlı hakim Ermənistanın oyununa təyinat aldı

Qadın futzalçılardan  ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”,  “Maccabi Nahalat Yitzhak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən  sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right