Azərbaycan çempionunun ÇL-dakı rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right