Millimizin üzvü "Levante"də

“Araz”ın və futzal üzrə Azərbaycan milli komandasının üzvü Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, “Araz”la müqaviləsi may ayında başa çatan Qalo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümünü bu komandanın heyətində keçirəcək.

Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qalo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah