Kateqoriya: Futzal | Tarix: 08.05.2018 00:11
Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son yarımfinalçının adına “Araz” - “Yasamal-2” görüşündə aydınlıq gəlib.
Ölkə çempionu “Araz” gözlənilmədən aşağı liqa təmsilçisimə uduzub. 8:7 hesablı sensasion qələbəyə imza atan “Yasamal 2” mübarizəni davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, daha əvvəl “Marafon Futsal”, “Uğur”, və “Hell Energy” də ölkə kubokunda yarımfinala adlayıb.
Azərbaycan kuboku
1/4 final
7 may
“Araz” - “Yasamal-2” - 7:8
Qollar: R. Tolouei, 2:18, O. Rüstəmli, 3:15, A. İsmayılov, 18:58, 32:18, E. Borges, 24:39, 38:49, A. Məmmədov, 34:49 // H. Camalzadə, 5:30, 6:57, R. Hüseynov, 10:02, A. İsayev, 11:35, 35:00, O. Allahverdiyev, 26:21, B. Baxışov, 31:32, V. Rəcəbov, 35:27
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Hikmət Qafarlı
Hakim-inspektor: Tofiq Şükürov
Bakı İdman Sarayı