İntizam Komitəsinin qərarları

28 aprel 2018-ci il, futzal üzrə Yüksək Liqanın XXVI turunun “Marafon Futsal” – “Araz” matçının 18-ci dəqiqəsində “Araz” klubunun 6 №-li futbolçusu Eduardo Borges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Newsport.az-ın məlumatına görə, oyunun 18-ci dəqiqəsində “Araz” klubunun 11 №-li futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyunun 37-ci dəqiqəsində “Araz” klubunun 5 №-li futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 40-cı dəqiqəsində “Araz” klubunun 1 №-li futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. 
1 may 2018-ci il, futzal üzrə Yüksək Liqanın XXVII turunun “EKOL” – “Xəmsə” matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz