Çempionun ilk məğlubiyyəti

Bu gün Yüksək Liqada XXVI turun oyunları keçirilib. Mərkəzi yollar bağlı olduğuna görə, turun oyunları Olimpik Starda baş tutub.

Newsport.az-ın məlumatına görə, turun açılış oyununda əzəli rəqiblər – “Neftçi” və EKOL komandaları üz-üzə gəlib. Turnir cədvəlində qonşu pillələrdə yer alan rəqiblərin duelindən EKOL qalib ayrılıb. İkinci oyun isə gərginliyi ilə yadda qalıb. “Araz” çempionluğu təmin etsə də, ən yaxın izləyicisi olan “Marafon Futsal”a yenilmək niyyətində deyildi. Cari mövsümdəki 3 dueldə (4:2, 2:0, 6:1) qələbə qazanan Alesionun drujinası üçün oyun uğursuz alınıb. Ardıcıl 3 qol buraxan lider sonradan İsa Atayevlə fərqi azaltsa da, “Marafon Futsal”ın qələbəsinə mane ola bilməyib. Cari mövsümdə ilk dəfə meydanı məğlubi tərk etməsi azmış kimi, matçın gedişində çempionun 4 oyunçusu qırmızı vərəqə alaraq meydanı məcburi tərk edib. 
Tura autsayderlə debütantın dueli ilə yekun vurulub. Zədəli oyunçuların çoxluq təşkil etməsinə rəğmən, “FK. İtaldizain Futsal” turu 3 xalla qapayıb.

 

“Neftçi” İK - EKOL (1:1) 1:4 
28 aprel. Olimpik Star. Saat 12:30
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Ələkbər Məmmədov
Qollar: Oruc Baxşəli, 11:15 // Radik Əhmədov, 7:38, Namiq Məmmədkərimov, 22:30, Fərid Atakişiyev, 33:21, Samir Həmzəyev, 37:02
Sarı vərəqələr: Rüfət Balakişiyev, 13:25, Vahib Coxayev, 40:00 // Fərid Ələkbərov, 28:21

 

“Marafon Futsal” – “Araz” (3:1) 6:4 
28 aprel. Olimpik Star. Saat 14:30 
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev
Qollar: Omid Talebi, 2:39, 3:09, 22:55, 35:51, Majid Morovati, 18:20, Elyas Barati, 31:15 // İsa Atayev, 19:15, 31:56, Thaqo Bolinya, 34:12, 39:47
Sarı vərəqələr: Ramiz Çovdarov, 17:03, Thaqo Bolinya, 18:35, Rövşən Hüseynli, 22:33 // Elyas Barati, 18:30, Seymur Məmmədov, 18:25
Qırmızı vərəqələr: Eduardo Borges, 17:03, Xətai Bağırov, 17:03, İsa Atayev, 37:01, Rövşən Hüseynli, 39:33

 

“FK. İtaldizain Futsal” – “Xəmsə” (5:0) 9:1 
28 aprel. Olimpik Star. Saat 16:30
Hakimlər: Yusif Nurullayev, Ramiz Məhərrəmov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov
Qol: Rəcəb Fərəczadə, 1:18, 10:20, Faiq Əliyev, 10:52, Anar Ağayev, 12:41, 35:13, Nihad İsmayılov, 13:15, 25:31, Ruzigar İbrahimzadə, 30:43, Elvin Quliyev, 39:12 // Elçin Zeynalov, 23:15

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 22 19 2 1 137-33 59
2 Marafon Futsal 21 15 1 5 93-42 46
3 EKOL 21 12 2 7 91-60 38
4 Neftçi İK 21 8 5 8 66-56 29
5 İtaldizain Futsal 21 7 5 9 88-72 26
6 Yasamal 22 5 1 16 65-138 16
7 Xəmsə 22 0 2 20 49-188 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 32 qol

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right