Ölkə kubokunda 1/4 finalçılar bəlli oldu

Futzal üzrə Azərbaycan kubokuna start verilib.

Newsport.az-ın məlumatına görə, 14 komandanın mübarizə apardığı yarışın ilk günündə 1/8 final mərhələsinin görüşləri baş tutub.

“Olimpik Star”da keçirilən 6 oyundan sonra VİP, EKOL, “İtaldizain”, “Yasamal-2”, ADBTİA və “Hell Energy” 1/4 finala vəsiqə qazanıb. Yüksək Liqada ilk 2 pilləni tutan “Araz” və “Marafon Futsal” isə mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayacaq.

Baş tutan oyunlar arasında Yüksək Liqa klublarından “Neftçi”nin VİP-yə, “Yasamal”ın isə “İtaldizain”a uduzaraq mübarizəni dayandırması diqqətçəkən olub.

Azərbaycan kuboku, 1/8 final

25 aprel

VİP FK – Neftçi İK 3:1

İtaldizain Futsal – Yasamal 8:7

EKOL - Gilan 13:3

ADBTİA - Avanqard 7:1

Romana – Yasamal-2 8:9

Standard – Hell Energy 3:5

Beləliklə, ölkə kubokunun 1/4 final mərhələsində aşağıdakı çütlüklər qarşılaşacaq:

Araz - Yasamal-2

Marafon Futsal - İtaldizain Futsal

VİP FK – EKOL

Hell Energy - ADBTİA

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right