"Azərbaycan yığması daha dəyərli, güclü bir komandadı" Yücel Ocak

Bu gün Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində futzal üzrə Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan Texniki Universitetin idman zalında keçirilən qarşılaşma futzalçılarımızın böyük hesablı qələbəsiylə nəticələnib – 9:2.

Matçdan sonra Türkiyə yığmasının baş məşqçisi Yücel Ocak oyunla bağlı fikirlərini bölüşüblər:

“Hər zaman deyirik, bir millət iki dövlətik. Türk dünyasını bir araya gətirmək, ölkəmizi burada təmsil etmək çox gözəldi. Bizim üçün yaxşı oyun oldu. Heyətimizi universitet tələbələrindən qurmuşuq. Türkiyədə 200-ə yaxın universitet var. Çalışdıq ki, bütün bölgələr bu komandada təmsil olunsun, Azərbaycanı tanısınlar, festivalda iştirak etsinlər. Erkən qollar buraxdıq. Bundan sonra oyun sistemimiz pozuldu. Azərbaycan yığması daha dəyərli, güclü bir komandadı. Qələbə münasibəti ilə təbrik, təşkilatçılıqda əməyi keçən hər kəsə təşəkkür edirik”.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz