"Bu matç göstərdi ki, Azərbaycanda gənc, istedadlı uşaqlar var" Joze Alesio

Bu gün Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində futzal üzrə Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan Texniki Universitetin idman zalında keçirilən qarşılaşma futzalçılarımızın böyük hesablı qələbəsiylə nəticələnib – 9:2.

Matçdan sonra millimizin baş məşqçisi Joze Alesio da Silva oyunla bağlı fikirlərini bölüşüblər:

“Qısa vaxt ərzində bir yerdə məşq etməyimizə baxmayaraq, turnirə yaxşı hazırlaşmışdıq. Uşaqlar çox istəkli idilər və sona qədər mübarizə apardılar, oyun intizamından qopmadılar. Nə istəyirdiksə, onu da əldə etdik. Uşaqlar yaxşı oyun nümayiş etdirdilər. Bu matç göstərdi ki, Azərbaycanda gənc, istedadlı uşaqlar var. Sadəcə, onlarla çox işləmək, onlara diqqət göstərmək lazımdı. Qısa vaxt ərzində komanda bu cür oyun nümayiş etdirəcək səviyyəyə çatıbsa, deməli, onlarla işləri davam etdirmək lazımdı ki, gənclərdə inkişaf olsun”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right