Rövşən Hüseynli: "Subaylığın daşını atmaq istəyirəm" MÜSAHİBƏ

Bu gün futzal üzrə Azərbaycan millisinin və “Araz” komandasının qapıçısı Rövşən Hüseynlinin doğum günüdü. Qolkiper “27-ni” yola salmağa hazırlaşdığı gündə də məşqlərə ara vermir.

Newsport.az-ın məlumatına görə, hazırda Türk Universiadasına hazırlaşan millinin qapıçısı AFF-nın rəsmi facebook səhifəsinə müsahibəsində ötən günlərə nəzər saldı, arzularını dilə gətirdi. 

- 27 yaşında özünü necə hiss edirsən?
- (gülür) Hələ də 27 yaşımda olduğuma inanmağım gəlmir. Çox yaxşı, gümrah hiss edirəm özümü. Artıq təbrikləri, hədiyyələri qəbul edirəm. Karyera baxımından fikirləşəndə, üzülürəm. Çünki 27 yaşım var, hələ də böyük uğur qazanmamışam. 

- İnsan var ki, yaşının üstə yaş gələndə kövrəlir. Bir qrup isə tez yaşlanmağı istəyir. Səni hansı kateqoriyaya daxil edək?
- Razıyam, hər iki kateqoriyaya aid insanlar var. Əkisnə, hərdən özümü qınayıram ki, niyə bəzi şeyləri vaxtında etmədim, gecikdirib, bu yaşıma saxladım... Nə illərin sürətlə keçməsini, nə də ötən günlərin yenidən yaşanmasını azulayıram. Yaşadıqlarıma görə xoşbəxtəm, amma karyeramı tez bitirməyi də arzulamıram. Yaş üstə yaş gəldikcə, insan dolğunlaşır. 

- Şəxsi həyatında və karyeranda nələri qazanmısan?
- Şəxsi həyatımda hamıya arzulayacağım qədər xoşbəxtəm. Möhkəm, əvəzolunmaz dost qazanmışam, özümə dayaq hiss edəcəyim etibarlı insan qismətim olub. Ailəmin dəstəyini də hər zaman arxamda hiss edirəm, onların varlığı da uğurlarımın bir parçasıdı. Karyerama gəldikdə, son 4-5 ildə yüksəliş yaşandı. “Araz”la ardıcıl çempionluq qazandım, milli komandaya yüksəldim, dəfələrlə Avropa çempionatının final mərhələsində iştirak etdim. Bundan başqa, dünya çempionatı kimi yarışda da millinin formasını geyinmək qismətim oldu. Bu qədər yarışda iştirak etmək böyük uğurdu. Az da olsa, komandamıza kömək etdim, diqqət mərkəzinə düşdüm. Ancaq bunlarla qane olmaq istəmirəm. Avropanın ən yaxşı qapıçısı olmaq və qitə birinciliyinin kubokunu ölkəmizə gətirmək istərdim. 

- Təbrikini gözlədiyin xüsusi kimsə varmı?
- Əlbəttə, elə insan var. Sevgilimdən gələn təbrik özəl oldu. Xüsusi təbrik isə adını çəkmək istəmədiyim mənim üçün çox hörmətli birindən gəldi. Dəyərli və diqqətli olmaq gözəldi.

- Subaylıq sultanlıqdı?
- Nişanlıyam. Subaylıq sayılsa da, sultanlıq deyil (gülür). Hörmət, dəyər və istək hər şeydən önəmlidi.

- Təbrik üçün hədiyyə mütləqdi, yoxsa quru sözlə də kifayətlənmək olar?
- Yalan danışmayacam, bəzi insanlar var ki, onlardan hədiyyə qəbul etməyi xoşlayıram və hər zaman gözləyirəm. Ancaq şablon olmayan və ürəkdən gələn hər bir təbrik sevindiricidi və cavabsız qalmır. 

- Ad günlərini xüsusi qeyd etməyi xoşlayırsan?
- Çox xoşlayıram. Adətən 3-4 gün davam edir ad günü məclislərim. 

- Ad gününü 3-4 gün qeyd edən Rövşən yəqin, 7 gün, 7 gecə toy çaldıracaq?
- Toyun bu qədər davam edəcəyini deyə bilmərəm. Çünki qohum-əqrəbanı ancaq bir günlük bir yerə yığa bilərəm. Ancaq ad günü məclisi yığcam olur. Hər dəfə fərqli kompaniya qururuq. 

- Heç ad gününü səfərdə qeyd etmisən?
- Səfərdə yox, təlim-məşq toplanışlarında qeyd etmişəm. Ancaq 2-3 saatlıq icazə alıb, özümü evə çatdırmışam. Açığı, 27 ildə cəmi 8-9 dəfə ad günümü dəqiq tarixdə qeyd etmişəm. Qalan vaxtlarda məcburiyyətdən ya əvvələ çəkmişəm, ya da sonraya keçirmişəm. 14 ildi futboldayam, bunun baş verməsi təbiidi.

- Karyeranla bağlı arzularını çatdırdın. Niyəsə bizim idmançılar şəxsi həyatları ilə bağlı danışmağı sevmirlər. Bəlkə ənənəni pozasan?
- Hər bir insanın iş, karyera ilə yanaşı, şəxsi həyatına dair də arzuları var. Şəxsi həyat və ailə hər şeydən önəmlidi. Xoşbəx olmasan, karyeranda yüksəliş yaşaya bilməzsən. Bu gün irəliyə addım atmışamsa, bu, xoşbəxtlyimin göstəricisidi. Şəxsi həyatımla bağlı arzum, istəyim çoxdu. Ən əsası subaylığın daşını atmaq, valideyinlərimizi sevindirmək istəyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right