Azərbaycanda lider 15 cavabsız qolla qalib gəldi

Futzal üzrə Yüksək Liqada 21-ci turdan təsirə salınmış oyun keçirilib.

Newsport.az saytının məlumatına görə, lider “Araz” turnir cədvəlinin əks qütbündə qərarlaşmış “Xəmsə” ilə üz-üzə gəlib.

Fasiləyə qədər rəqib torunu 6 dəfə silkələyən “Araz” ikinci hissədə daha məhsuldar oyun nümayiş etdirib və yekunda 15 top fərqi ilə qələbə qazanıb.

Bu oyunda 6 qol vuran Bolinya bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.

“Araz” – “Xəmsə” 15:0

Qollar: Qalo, 1:27, 25:36. Bolinya, 2:43, 14:51, 23: 19, 28:45, 29:27, 39:43. O.Rüstəmli, 8, 10: 18, 15:34. R.Tolouei, 20:17, 34:48. A.İsmayılov, 22:36, 32:44.
Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Yusif Nurullayev
25 mart. Olimpik Star. Saat 12:30.

“Araz”: 1. Rövşən Hüseynli (q, k), 2. Adil İsmayılov, 4. Kardoso Everton Qalo, 10. Teles Thaqo Bolinya, 5. İsa Atayev, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei, 19. Anar Məmmədov (q).
Baş məşqçi: Joze Alesio da Silva.
“Xəmsə”: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 13. Novruz İbrahimov (k), 10. Əli Həsənov, 5. Ülvi Ağayev, 6. Şamo Talıbov, 8. Talıb Vəliyev.
Baş məşqçi: Arif Vəliyev.

 

Turnir cədvəli: Araz – 52, Marafon Futsal – 37, EKOL – 32, FK.İD.Futsal – 22, Neftçi İK – 19, Yasamal – 12, Xəmsə - 2.

 

Bombardir: Bolinya (“Araz”) – 27 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right