Bu tur iki oyunçu komandasına kömək edə bilməyəcək

Martın 12-də futzal üzrə Yüksək Liqada XX turun oyunları keçiriləcək.

 

Newsport.az Azərbaycan Futzal Federasiyasının rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, iki oyunçu bu turu buraxmalı olacaq. Belə ki, “Yasamal”ın üzvü Mohsin Hayatbini sarı vərəqə limitini doldurduğuna görə, “FK.İD.Futsal”la matçı buraxacaq. Namiq Məmmədkərimov da komandasına kömək edə bilməyəcək. Təcrübəli hücumçu XVII turda aldığı qırmızı vərəqəyə görə təyin edilən 2 oyunluq cəzadan birini arxada qoyub.

 

Qeyd edək ki, “Xəmsə” ilə qarşılaşmanı buraxacaq Məmmədkərimov XXI turda meydana çıxa biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right