“Yasamal”dan sürpriz qələbə

Bu gün futzal üzrə Yüksək Liqada XVIII turun oyunları keçirildi. Turun açılış oyununda “Neftçi” autsayder “Xəmsə” ilə qarşılaşdı.

Qış fasiləsindən sonra ilk oyununa çıxan “Neftçi” yeni transferlərin xidmətindən yararlanmadı. Görünür, rəqibin zəif olması təsirini göstərən amillərdəndi. Matçda hesab erkən açıldı. 25-ci saniyədə fərqlənən təcrübəli “Neftçi” növbəti qolları ikinci hissədə vurdu. Nəticədə komanda 5:0 hesablı qələbəyə sevindi və turnir cədvəlində 1 pillə irəliləməyə nail oldu. 
Turun CBC Sport kanalında canlı yayımlanan oyununda isə iddialı “Marafon Futsal”la “Yasamal” üz-üzə gəldi. Fasiləyə iddialı debütant deyil, aşağı pillələrdə yer alan “Yasamal” 2 top fərqi ilə üstün yollandı. Məğlubiyyəti ağlından keçirməyən “Marafon Futsal” ikinci hissədə hesabı bərabərləşdirdi. Xüsusilə də yeni transfer Baratinin oyununu vurğulamaq olardı. Jarikovun qələbə qolunu vurmasına isə Sadiq qapı xətti üzərindən topu qaytarmaqla imkan vermədi. Sonrakı dəqiqələrdə üstün tərəf olsa da, “Marafon Futsal” sona 30 saniyə qalmış məğlubiyyətlə barışdı. Rəqibi əks-hücumda yaxalayan “Yasamal” qələbə topunu vurmaqla bərabər, turun sensasiyasına imza atmış oldu. 
Turun son oyununda da hesab erkən açıldı. Qalo 48-ci saniyədə fərqləndi. Müdafiəçi növbəti qolunu 8 dəqiqə sonra vurdu. “Araz” fasiləyə yollanarkən üçümncü qolu da rəqib qapısından keçirdi. Lider qollarının davamını ikinci hissədə də gətirdi və ən yaxın izləyicisi “Marafon Futsal”ın xal itkisindən maksimum istifadə etdi.

“Neftçi” İK – “Xəmsə” (1:0) 5:0 
Qol: T. Qurbanov, 0:25, V.Xocayev, 28:57, 31:07, T. İsmayılov, 30:20, O. Baxşəli, 39:29
Sarı vərəqə: Ə. Həsənov, 14:44, C. Yusifov, 28:57
1 mart. Bakı İdman Sarayı. Saat 12:30
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev

“Neftçi” İK
23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 5. Mehram Eybeli, 11. Tural Qurbanov, 8. Vahib Xocayev, 1. Samir Mehdiyev (q), 13. Əjdər Əjdərov, 7. Tural İsmayılov, 6. Məhəbbət Katebi, 94. Oruc Baxşəli, 21. Ruhi Məhəmməd, 17. Vüsal İsayev
Baş məşqçi: İlqar Aslanov

“Xəmsə” 
1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 10. Əli Həsənov (k), 9. Samir Əmirov, 5. Əli Əlizadə, 11. Rüfət Cəlilov, 2. Talıb Vəliyev, 4. Ülvü Ağayev, 8. İbrahim İbrahimov, 13. Anar Qədirov 
Baş məşqçi: Novruz İbrahimov

“Marafon Futsal” – “Yasamal” İK (1:3) 3:4 
Qollar: E. Barati, 7:55, 26:07, O. Talebi, 24:11 // O. Oraz 1:35, 17:26, S. Cavid, 18:43, 39:32
Sarı vərəqələr: M. Morovati, 8:01, O, Talebi, 25:40 // M. Hayatbini, 8:49, V. Vorobyov, 9:56
1 mart. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov
Hakim-inspektor: Ədilxan Hünbətov

“Marafon Futsal”
12. Kəsra Mehdipour (q), 7. İlkin Hacıyev, 9. Omid Talebi, 4. Elyas Barati, 13. Majid Morovati, 2. Kamran Hacıyev (q), 8. Renat Sultanov (k), 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 20. Sergey Çumakov, 99. Rüstəm Bağırzadə, 22. Tofik Əliyev 
Baş məşqçi: Elşad Quliyev

“Yasamal” FK
1. Mohammed Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz, 33. Soltan Sadiqov (q), 18. Mohsin Hayatbini, 4. Seyid Əmirzadə, 47. Rəsul Akbari, 2. Məhəmməd Şahsavari, 14. Cavid Taleb 
Rəhbər: Orxan Allahverdiyev

“FK.İD.Futsal” – “Araz” (0:3) 5:8
Qol: E. Quliyev, 25:15, 36:20, F. Əliyev, 36:40, A. Zeynalov, 37:13, E. İbrahimxəlilov, 39:40 // Qali, 0:42, 8:10, O. Rüstəmli, 19:22, İ. Atayev, 20:13, Bolinya, 20:26, 39:23, X. Bağırov, 30:20, R. Tolouei, 35:25
Sarı vərəqələr: F. Əliyev, 13:17, A. Zeynalov, 20:56 // R. Fərzəliyev, 4:52, R. Hüseynli, 16:01
1 mart. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Ağarza Rzayev

“FK. İD. Futsal”
12. Ramil Həsənzadə (q, k), 7. Rəcəb Fərəczadə, 10. Faiq Əliyev, 5. Asif Zeynalov, 8. Nihad İsmayılov, 1. Ümid Paşayev (q), 9. Elşən İbrahimxəlilov, 4. Elvin Quliyev, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov 
Baş məşqçi: Rəfael Adbulov

“Araz” 
1. Rövşən Hüseynli (q), 10. Teles Thaqo Bolinya, 8. Rizvan Fərzəliyev (k), 4. Kardosa Everton Qalo, 14. Oktay Rüstəmli, 19. Anar Məmmədov (q), 6. Eduardo Borges, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 15. Reza Tolouei, 2. Adil İsmayılov, 5. İsa Atayev
Baş məşqçi: Joze Alesio da Silva

№ Komanda O Q H/H M T/F X
1 Araz 15 14 1 0 95-21 43
2 Marafon Futsal 16 12 0 4 67-30 36
3 EKOL 15 7 2 6 49-45 23
4 Neftçi İK 13 5 3 5 38-34 18
5 FK.İD.Futsal 15 4 4 7 53-56 16
6 Yasamal 15 4 0 11 50-95 12
7 Xəmsə 15 0 2 13 36-107 2
Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right