"Araz" 3 qolla qalib gəldi

Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turun iki oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, qış fasiləsindən sonra ilk duel əzəli rəqiblər – “Araz” və EKOL arasında baş tutub. Lider “Araz” ilk “3-lük”də yer alan rəqibi ilə dueldən yenə qalib ayrılıb. Bu komandalar arasında ilk 2 dövrədə baş tutan hər iki oyunda da son çempion 2:1 hesabı ilə qalib gəlmişdi.

Günün ikinci oyununda isə debütantlar - “FK.İD.Futsal” və “Marafon Futsal” qarşılaşıb. Turnir cədvəlində fərqli mövqelərində yer alan komandaların duelində favorit şübhəsiz “Marafon Futsal” idi. Qış fasiləsində iki iranlı futzalçı ilə vidalaşan, əvəzində Belarusdan 2 oyunçu dəvət edən komanda matçda hesabı açan tərəf oldu. Bu qol matçda yeganə olub və “Marafon Futsal” qələbə sayəsində liderlə xal fərqinin artmasına imkan verməyib.

Qeyd edək ki, bu turun “Neftçi” İK – “Yasamal” FK oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

Futzal, Yüksək Liqa
15-ci tur
14 fevral

EKOL – “Araz” 0:3
Qol: 
T.Bolinya, 20. E.Borges, 25. R.Çovdarov, 40.
Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov

EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 14. Zaur Fərziyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov,17. Fərid Ələkbərov, 10. Samir Həmzəyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.

 

“Araz”: 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 3. Teles Thaqo Bolinya, 8. Rizvan Fərzəliyev (k), 13. Kardosa Everton Qalo, 19. Anar Məmmədov (q), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Reza Tolouei, 18. Adil ismayılov
Baş məşqçi: Joze Alesio da Silva.

“FK.İD.Futsal” – “Marafon Futsal” 0:1
Qol: 
O. Talebi, 10.
Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov

“FK. İD. Futsal”: 1. Ümid Paşayev (q), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 12. Ramil Həsənzadə (q, k), 4. Elvin Quliyev, 5. Asif Zeynalov, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.

 

“Marafon Futsal”: 12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 13. Məcid Moravati, 2. Kamran Hacıyev (q), 8. Renat Sultanov (k), 11. Vasili Jarikov, 20. Sergey Çumakov, 4. İbrahim Zeynalov, 22. Tofik Əliyev, 77. Vyaçeslov Tservo, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.

Turnir cədvəli: Araz – 37, Marafon Futsal – 30, EKOL – 22, FK.İD.Futsal – 15, Neftçi İK – 15, Yasamal – 6, Xəmsə - 2.

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 16 qol





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah