15-ci turun hakimləri bəlli oldu

Sabah futzal üzrə Yüksək Liqada 15-ci turun 2 oyunu keçiriləcək. 

 

Newsport.az xəbər verir ki, qış fasiləsindən sonra keçiriləcək ilk oyunda əzəli rəqiblər üz-üzə gələcək. CBC Sport kanalında canlı yayımlanacaq matç 14:30-da start götürəcək. 

 

Turun ikinci oyununda isə cari mövsümün debütantları qarşılaşacaq. 

 

“Neftçi” – “Yasamal” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “Neftçi”nin bir neçə oyunçusunun səhhətində problem yaranmasıdı. 

 

Artıq oyunları idarə edəcək hakimlər də müəyyənləşib. Təyinatları diqqətinizə çatdırırıq:

 

“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Ağarza Rzayev

 

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Şahin Cəfərov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right