Millimiz yerində saydı Reyting cədvəli

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, Avropa çempionatında keçirilən oyunlardan sonra son siyahının ilk “10-luğ”unda dəyişikliklə baş verib.

Hazırda 10-cu sırada yer alan millimizin mövqeyində dəyişiklik olmasa da, xal hesabı artıb. Avropa çempionatında 2 matç keçirən komandamız qarşılaşmaların birində Fransaya qalib gəlib (5:3), digərində isə İspaniyaya uduzub (0:1). Bu nəticələrdən sonra millimiz aktivinə 1 xal əlvə edib. Millimizin hesabında artıq 1455 xal var. Bu matçlaradək yığmamızın hesabında 1454 xal var idi.

Siyahıya isə Braziliya başçılıq edir - 1931 xal. Cənubi amerikalıları AÇ-2018-in qrup mərhələsində Azərbaycan yığmasını məğlub edən İspaniya izləyir - 1859 xal. 1703 xala malik turnirin yarımfinalçısı Rusiya ilk “üçlüy”ü qapayır.

Ötən cədvəllə müqayisədə ilk 10 pillədə AÇ-2018-in qrupunda qalan İtaliya 1 pillə geriləyib və 7-ci pilləyə enib. Əvəzində isə qitə birinciliyində millimizin 1/4 finaldakı rəqibi Portuqaliya 1 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.

Avropa çempionatında uğurlu çıxış edərək yarımfinala adlayan Qazaxıstan millisi 1 pillə irəliləyərək 8-ci pillədə qərarlaşıb. Əvəzində Ukrayna 1 pillə geriləyib və 9-cudur.

 

İlk “onluq”

 

1. Braziliya - 1933
2. İspaniya - 1859
3. Rusiya - 1703
4. Argentina - 1691
5. İran - 1634
6. Portuqaliya - 1600

7. İtaliya - 1552

8. Qazaxıstan - 1513
9. Ukrayna - 1506
10. Azərbaycan - 1454 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right