"Yarımfinala biz yüksələcəyik" millimizin üzvü

Fransa ilə oyundan sonra ayağında ağırı hiss edən futzal üzrə millimizin müdafiəçisi Everton Kardosonun adı İspaniya ilə matçın protokoluna adı daxil edilsə də, meydana çıxmadı. Həkimlərin Qalo ləqəbli futzalçının oynaması üçün heç bir problemin olmadığını bildirməsinə baxmayaraq, baş məşqçi risk etməyərək, onu ehtiyatda saxladı.

 

Newsport.az xəbər verir ki, 1/4 final mərhələsinin sabah keçiriləcək oyununda Portuqaliya ilə qarşılaşacaq komandamız bu gün oyunönncəsi son məşqini keçirib. Qalo sona qədər hazırlıq prosesində iştirak edib. Məşq başa çatdıqdan sonra futzalçı AFF-nın mətbuat xidmətinə açıqlama verib:

 

“Ayağımda yüngül ağrı var, amma bu məşq etməyimə, eləcə də oynamağıma mane olmur. Hətta mən İspaniyaya qarşı da oynamaq istəyirdim. Sadəcə, baş məşqçi risk etmək istəmədiyini bildirdi. Məşq prosesi göstərdi ki, meydana çıxmağımda hansısa problem yoxdu”.

 

Artıq 2 il əvvəl dünya çempionatının 1/4 final mərhələsində Portuqaliyaya qarşı çıxış etmiş millinin üzvü rəqib haqda bunları deyib:

 

“Başa düşürəm, Portuqaliya Avropada ən güclülərdən biridi. Ancaq biz də zəif deyilik. Əla komandamız var və biz özümüzə inanırıq. Rikardinyo oyunun nəticəsinə çox təsir edəcək futzalçıdı, çalışacağıq onu zərərsizləşdirək”. 

 

Yarımfinala yüksəlməklə bağlı şansları da dəyərləndirən Qalo millimizin uğur qazanacağına inanır:

 

“Oyundan əvvəl hər iki komandanın şansı bərabər olur. Ancaq öz komandamı bir addım öndə sayıram. Məncə, biz yarımfinala yüksələcəyik. Buna inanıram, siz də inanın”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right