Azərbaycan - Portuqaliya matçının hakimləri müəyyənləşdi

Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlanıb.

 

Newsport.az xəbər verir ki, matçı Çexiya Futzal Federasiyasından Andrey Çerni idarə edəcək. Görüşün ikinci hakimi Xorvatiyadan Saşa Tomiç olacaq. Üçüncü hakim funksiyasını isə türkiyəli Kamil Çetin yerinə yetirəcək. Vaxta nəzarət edən hakim isə Vasilios Xristodoulis (Yunanıstan) olacaq.

 

Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right