"Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdur"

“İlk oyundan sonra qrupda vəziyyət fərqli idi. Yer aldığımız mövqe bizi qələbə qazanmağa vadar edirdi”.

 

Newsport.az xəbər verir ki, bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes deyib. Təcrübəli mütəxəssis AVRO-2018-in final mərhələsinin III turunun Azərbaycanla qarşılaşması haqda fikirlərini bildirib. Lopes qazandıqları 1:0 hesablı qələbənin zəruriliyini qeyd edib:

 

“Rəqibimizə isə heç-heçə də kifayət edəcəkdi ki, növbəti mərhələyə birinci pillənin sahibi kimi vəsiqə qazansın. Onları topsuz qoymağı tapşırmışdım. Çünki Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdur. Çətin olsa da, bunu bacardıq. Rəqibin də hesabı bərabərləşdirmək üçün şansları oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right