"Birinci pilləni tutmaq istəyirdik" Joze Alesio

“Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi”.

 

Newsport.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Jooze Alesio Sloveniyada təşkil olunan Avropa çempionatında dünən İspaniyaya uduzduları oyundan (0:1) sonra deyib.

 

Oyunu dəyərləndirən braziliyalı mütəxəssis şanslarından istifadə edə bilmədiklərini qeyd edib: “Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodlardan yararlana bilmədik".

 

Alesio Portqaliya ilə keçiriləcək görüş barədə də danışıb: "Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandır. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah