Millimiz qrup ikincisi oldu

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan yığması bu gün qrupda son oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, Joze Alesionun yetirmələri qitə birinciliyinin favoritlərindən olan İspaniya yığması ilə qarşılaşıb.

 

Millimiz qrupda keçirdiyi ilk oyunda Fransa seçməsini məğlub edərək (5:3) 1/4 finala vəsiqəni təmin edib. İspaniya isə ilk matçında fransızlarla “sülh bağlayıb” - 4:4.

 

Oyunda son Avropa çempionu olan İspaniya 1:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra İspaniya qrup lideri kimi 1/4 finala vəsiqə əldə edib. Yığmamız isə qrup ikincisi kimi mərhələ adlayan tərəf olub. Milli komandamız 1/4 finalda Portuqaliya ilə üz-üzə gələcək.

 

Futzal üzrə Avropa çempionatı

4 fevral

D qrupu

 

23:45 Azərbaycan - İspaniya - 0:1

Qol: Pola, 14





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right