"Azərbaycan sıradan komanda deyil" - fransalı qapıçı

“Maraqlı oyun alındı. Biz 2 gün əvvəl də oyuna çıxmışdıq və istər-istəməz bu amil mənfi təsirini göstərdi. Birinci hissədə mümkün qədər müqavimət göstərdik, amma ikinci hissədə artıq yorulmuşduq. Buna görə də rəqiblə ayaqlaşa bilmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri  Fransa millisinin qapıçısı Camel Haroun futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycana 3:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan qolkiper millimizin sıradan komanda olmadığını bildirib: "Azərbaycan millisinin heyətində fərdi baxımdan seçilən oyunçular var. Çox texnikalıdırlar və istənilən rəqibi təkətək mübarizədə üstələməyi bacarırlar. Bolinya isə tam fərqli bir hücumçudur. Həm də biz ilk dəfə belə böyük yarışda iştirak edirik, Azərbaycan millisi isə dəfələrlə bu cür yarışda gücünü sınayıb. Düzdü, oyundan əvvəl şanslar 50-nin 50-yə idi. Bu dəfə sizin komanda şansları xeyrinə dəyişdi".

O, səbirsizliklə Azərbaycan – İspaniya oyununu gözlədiklərini söyləyib: "Əlbəttə, sizin komandaya azarkeşlik edəcəyik. 2 top fərqi ilə qələbə qazansanız, bizim üçün 1/4 final yolu açılacaq. İstənilən halda, bura gəzməyə deyil, oynamağı bacardığımızı göstərməyə gəlmişdik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right