"Heç bir rəqibdən çəkinmək, qorxmaq mümkün deyil" - Rauf Əliyev

Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisinin Fransa yığması ilə keçirdiyi oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Newsport.az xəbər verir ki, o, millimizin 5:3 hesablı qələbəsini belə şərh edib:

“Biz də çox həyəcanlı idik, oyun da kifayət qədər həyəcanlı, gərgin keçdi. Millimizin yer aldığı qrupda bizdən əvvəl Fransa və İspaniya komandaları qarşılaşmışdı. Fransanın güclü İspaniya ilə 4:4 hesablı heç-heçə etməsindən sonra əksəriyyət millimizin necə oynayacağını, hansı nəticəni qazanacağını düşünürdü. Düzgün strategiyanın seçilməsi nəticənin uğurlu alınmasında başlıca rol oynadı. Bu gün cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün növləri inkişaf etdirilir. Artıq Azərbaycan milli komandası elə bir mərhələyə çatıb ki, heç bir rəqibdən çəkinmək, qorxmaq mümkün deyil. Futzalçılarımız öz oyunlarını göstərdilər, həyəcanlı anlar yaşatsalar da, inamlı qələbə qazandılar. Bu qələbə İspaniya ilə oyunda daha yaxşı çıxış edəcəyimizə inam yaratdı. Komandamız ikinci oyunun nəticəsindən asılı olmayaraq, artıq 1/4 final mərhələsinə vəsiqə qazanıb. Təbii ki, bunun özü böyük bir nailiyyətdi. Bu uğurun əldə edilməsinə görə, AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirik. Yaxşı oyuna görə azarkeşlərimiz bizi, biz də qazanılan nəticəyə və komandamızı daim dəstəklədiklərinə görə, onları təbrik edirik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right