"Özümü qəhrəman hesab etmirəm" Yığmamızın üzvü

Avropa çempionatının final mərhələsində ilk oyununda Fransanı 5:3 hesabı ilə məğlub edən futzal üzrə yığmamızın üzvü Thaqo Telez Bolinya qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, het-tirik etdiyi görüşü dəyərləndirən futzalçı İspaniya ilə keçiriləcək matç haqda da danışıb. 


- Meydana çıxanda həyəcan, təzyiq var idi?

- Fransa-İspaniya oyunun nəticəsi hiss olunurdu. Ancaq biz özümüzə inanırdıq. Çox çətin oyun oldu. Bunu əvvəlcədən bilirdik. Onlar ispanlara qarşı oyunda yaxşı nəticə əldə etmişdilər. Bizim komanda da yaxşı hazırlıq keçmişdi. Buna görə də əla nəticə qazandıq. Artıq ¼ finala vəsiqə qazanmışıq. Yenə deyirəm, ağır zəhmətin nəticəsində bunu əldə etdik. İşimizi davam etdirəcəyik ki, bu nəticənin davamını gətirək. 

- Het-tirik etdiniz. Hansı ki, hesabda geri düşmüşdük və vurduğunuz qollarla demək olar, oyunun taleyini böyük ölcüdə həll etdiniz. Özünüzü oyunun qəhrəmanı hesab edirsinizmi?

- Hər zamankı kimi hazırlaşmışdım və Allahın köməyi ilə bu qolları vurdum. Bunu mən özbaşına etmədim. Komanda yoldaşlarımın köməyi olmasaydı, nə edə bilərdim ki? Biz komandayıq və kollektiv şəkildə bu qələbəni qazandıq. Vacib olan komandanın qələbə qazanmasıdı. Bu uğurda payımız varsa, sevinməyə haqqımız çatır. Fərqi yoxdu, başqa komanda yoldaşım da 3 qol vura bilərdi. Bizi yekunda tablodakı nəticə maraqlandırır. Yenə deyirəm, komanda yoldaşlarım kömək etməsi bu qolları vura bilmərəm. Ona görə də özümü qəhrəman hesab etmirəm. Bu hamımızın nəticəsi, qazancıdır. 

- İkinci hissənin əvvəlində rəqib hesabı lehinə çevirəndə bir anlıq nə düşündün?

- Oyunun gedişində belə hallar olur. Başlayan kimi beşinci saniyədə qol buraxmaq ağırdı. Ancaq bir-birimizə sakit olmağı, toparlanmağı dedik. Alesio da kənarda müdaxilələr etdi. Vacib olan məqam özünəinamdı ki, bu da bizdə var idi. 

- Növbəti rəqib İspaniya olacaq. Son çempionla dueldə qrup liderliyini qorumaq mümkün olacaqmı?

- Çox çətin oyun olacaq. Onlar yenə çempionluğa namizəddirlər. Birinci oyunda xallar itiriblər. Çalışacaqlar onu bizimlə oyunda bərpa etsinlər. Hər iki komanda üçün ağır oyun olacaq. İspaniya bütün dünyada ən güclülüərdəndi. Bizim komanda da sayılıb-seçilənlərdəndir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz