"Ulduz" pley-offda oynayacaq

İspaniyanın Alkalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, təmsilçimiz “Ulduz” Fransanın “Reyms” komandasına 2:5 hesabı ilə məğlub olub.

 

Komandamız bu gün 5-8-ci yerlər uğrunda keçiriləcək pley-off oyunlarında iştirak edəcək. “Ulduz” Bakı vaxtı ilə saat 14:00-da “Oslo Doves Sport” komandası ilə qarşılaşacaq. Digər oyunda isə “Torino” - “Real En On Solo” komandaları üz-üzə gələcək. Qalib komandalar 5-ci, məğlublar isə 7-ci yer uğrunda oyunda iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right