Azərbaycan - Fransa oyununun təyinatları açıqlandı

AÇ-2018-in qrup mərhələsi çərçivəsində fevralın 2-də Fransa ilə qarşılaşacaq futzal yığmamızın oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandı. Müvafiq olaraq Angelo Qalante və Alessandro Malfer iş başında olacaq. Üçüncü hakim funksiyasını Çexiyadan olan Ondrej Cerni yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Angel Qalan Nieto qiymət verəcək.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” telekanalında canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right