Bu gün Sloveniyanın paytaxtı Lyublyanada yerləşən “Stoyiçe Arena”da Avropa çempionatının final mərhələsində iştirak edəcək bütün komandaların baş məşqçi və kapitanlarının akkreditasiyadan keçmiş media namyəndələri ilə görüşü təşkil edilib.
Newsport.az-ın məlumatına görə, əvvəlcə həm baş məşqçilər, həm də kapitanlar yekunda qalib komandaya təqdim ediləcək kubokla şəkil çəkdiriblər. Daha sonra komandalar üçün ayrılmış masanın yanında yer alan nümayəndələr media əməkdaşlarının suallarını cavablandırıblar. Əsas diqqət birinci turda meydana çıxacaq komandalara yönəlib.
Millimizin kapitanı Rizvan Fərzəliyev isə komandanın hazırlığından, qarşıya qoyulan məqsəddən danışıb: “Yaxşı hazırlaşmışıq. Avropa çempionatının final mərhələsində ardıcıl 5-ci dəfə iştirak edəcəyik. Bu mərhələnin “dadını” bilirik. Hətta debüt ilində uğur da qazanmışıq. Bu dəfə də burdan yaxşı nəticə qazanıb, ayrılmaq istəyirik”.
Sonda tədbirdən çəkilmiş fotoları diqqətinizə çatdırırıq: