"Azərbaycan millisi Avropa çempionatında uğurlu nəticə qazanacaq" İran millisinin baş məşqçisi

Futzal üzrə İran millisi yoxlama oyununda Azərbaycan yığmasına qalib gəlib - 4:1. 

Newsport.az-ın məlumatına görə, rəqibin çalışdırıcısı Mohammad Nazemalşarieh görüşlə bağlı söyləyib:

“Rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Həqiqətən də güclü komanda ilə iki oyun keçirdik. Onu da deyim ki, baş məşqçinizlə bizim dostluq əlaqələrimiz var. İnanıram ki, komandanız Avropa çempionatında uğurlu nəticə qazanacaq. Bugünkü oyunun nəticəsinə təsir edən məqamlardan biri də Azərbaycan millisinin iki vacib futzalçısının meydana çıxmaması oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right