AFFA İntizam Komitəsinin iclası baş tutub

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin ikinci liqasında “Avanqart” - “Baku Fire-2” matçının 44-cü dəqiqəsində “Avanqart” klubunun futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Oyunun 49-cu dəqiqəsində “Baku Fire-2” klubunun futbolçusu Fərrux Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin ikinci liqasında “Gənclik” - “Baker Hughes” matçında “Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah