Azərbaycan çempionatını Malta klubuna dəyişdi FOTO

Qış fasiləsində “Araz”dan ayrılan Maykon da Silvanın da karyerasını davam etdirəcəyi komanda dəqiqləşib.

Newsport.az AFF-nın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, braziliyalı hücumçu Malta çempionu “Lüksol St Andreus” klubu ilə anlaşıb. Onun bu komandaya yollanması təsadüfi deyil. Belə ki, ötən ilin oktyabrında keçirilən UEFA Kubokunun qrup mərhələsi çərçivəsində “Araz”la “Lüksol St Andreus” üz-üzə gəlib. Təmsilçimizin 6:4 hesabı ilə qalib gəldiyi oyunda Maykon 4 qol vurub. Həmin turnirdə braziliyalının daha 2 qol vurması Malta təmsilçisinin məşqçilərinin diqqətindən yayınmayıb. 
 
Qeyd edək ki, yayda “Araz”ın heyətinə cəlb edilən Maykon da Silva Yüksək Liqada 12 oyun keçirib və rəqib qapılarına 9 top vurub. O, UEFA Kubokunun 2 oyununda “Araz”a kömək edib və rəqib torunu 6 dəfə silkələyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right