12-ci turun oyun cədvəli müəyyənləşib

Sabah futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları start götürəcək.

 

Newsport.az xəbər verir ki, tura iddialıların dueli ilə start veriləcək. Belə ki, hazırda turnir cədvəlinə başçılıq edən “Araz” ən yaxın izləyicisi “Marafon Futsal”la gücünü sınayacaq.

 

Turun ikinci oyununda əzəli rəqiblər – “Neftçi” ilə EKOL üz-üzə gələcək. Son oyunda isə “FK. İD. Futsal” “Xəmsə” ilə qarşılaşacaq. Artıq bu oyunlar üçün təyinatlar da açıqlanıb. Həmin təyinatları təqdim edirik:

 

Yüksək Liqa
12-ci tur
19 dekabr

 

“Marafon Futsal” – “Araz” (CBC Sport)
Hakimlər:
 Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı İdman Sarayı. Saat 14:30

 

“Neftçi” İK – EKOL
Hakimlər: 
Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənəhpur
Bakı İdman Sarayı. Saat 16:00

 

“FK.İD.Futsal” – “Xəmsə”
Hakimlər:
 Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Aydın Gözəlov
Bakı İdman Sarayı. Saat 17:30





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right