Yüksək Liqada 11-ci turun oyunları keçirilib

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 11-ci turun oyunları keçirilib. 

 

Newsport.az xəbər verir ki, cari mövsümdə ilk dəfə olaraq oyunlar “Olimpik Star”da baş tutub. 

 

Təmirdən sonra xidmət keyfiyyətini yüksəldən kompleksin yeganə çatışmazlığı çəkiliş üçün xüsusi yerlərin ayrılmaması ilə bağlıdı.

 

Oyunlara gəlincə, turun açılışı matçında “Marafon Futsal” “Yasamal”la qarşılaşıb. 7 qolluq qarşılaşmada qələbəni birincilər bayram ediblər.

 

Son çempion, lider “Araz” “FK.İD.Futsal” ilə görüşdə darmadağınla qalib gəlib.

 

“Neftçi” ilə “Xəmsə”nin görüşündə isə qalib müəyyənləşməyib.

 

Yüksək Liqa
11-ci tur
16 dekabr

 

“Marafon Futsal” – “Yasamal” FK (3:0) 5:2
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektorlar: Ələkbər Məmmədov
Qollar: S. Məmmədov, 3:51, R. Bağırzadə, 11:16, H. Khodaei, 12:56, M. Morovati, 26:20, R. Sultanov, 34:17 // V. Səfərov, 24:43, M. Cahandost, 36
Sarı vərəqələr: R. Sultanov, 36 // M. Cahandost, 25, V. Səfərov, 27
16 dekabr. Olimpik Star. Saat 12:30

 

“Marafon Futsal”: 2. Kamran Hacıyev (q), 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 13. Məcid Morovati, 12. Kəsra Mehdipour (q), 4. İbrahim Zeynalov, 9. Omid Talebi, 11. Hamed Khodaei, 77. Səid Goodarzi, 22. Tofiq Əliyev, 99. Rüstəm Bağırzadə
Baş məşqçi: Elşad Quliyev

 

“Yasamal” FK: 13. Teymur Mirzəyev (q,k), 5. Vüsal Səfərov, 3. Xəyal Quliyev, 9. Omid Oraz, 14. Mohsin Hayatbini, 23. Vladislav Vorobyov, 11. Anar Babayev, 10. Mortoza Cahandost
Məşqçi: Rüfət Hüseynov

 

“FK.İD.Futsal” – “Araz” (1:5) 2:10
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektorlar: Ağarza Rzayev
Qollar: E. Quliyev, 18:30 (penalti), E. İbrahimxəlilov, 30:34 // K. Everton, 7:04, M. Da Silva, 9:13, T. Thaqo, 13:03, 13:14, İ. Atayev, 15:51, R. Çovdarov, 24:56, 25:50, R. Quliyev, 32:08, 36:36, O. Rüstəmli, 33:08
Sarı vərəqə: İ. Atayev, 17:10, R. Çovdarov, 27:58
16 dekabr. Olimpik Star. Saat 14:00

 

“FK. İD. Futsal”: 12. Ramil Həsənzadə (q,k), 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 9. Elşən İbramxəlilov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov
Baş məşqçi: Rəfael Adbulov

 

“Araz”: 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 10. Teles Thaqo, 15. Maykon da Silva, 8. Rizvan Fərzəliyev (k),19. Anar Məmmədov (q), 2. Ramil Quliyev, 7. Ramiz Çovdarov, 9. Karvalho dos Santos, 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 3 Kardosa Everton, 13. İsa Atayev
Baş məşqçi: Joze Alesio da Silva

 

“Neftçi” İK – “Xəmsə” (0:2) 2:2
Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Anar Fərəcov
Hakim-inspektorlar: Tofiq Şükürov
Qollar: D. Xolerdi, 21:43, T. İsmayılov, 28:52 // Ə. Həsənov, 15:30, S. Əmirov, 17:53
Sarı vərəqə: M. Eybeli, 29:34, D.Xolerdi, 34:16 // Q. İsmayılov, 28:46, Y. Ağakərimzadə, 29:34
Qırmızı vərəqə: Ə. Əjdərov, 25:23
16 dekabr. Olimpik Star. Saat 15:30

 

“Neftçi” İK: 1. Samir Mehdiyev (q), 5. Mehram Eybeli, 10. Rüfət Balakişiyev (k), 77. Davud Xolerdi, 8. Vahib Xocayev, 23. Elnur Zamanov (q), 13. Əjdər Əjdərov, 7. Tural İsmayılov
Baş məşqçi: İlqar Aslanov

 

“Xəmsə”: 1. Zaliş Səmədzadə,7. Elçin Zeynalov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov, 8. Qüdrət İsmayılov (k), 9. Samir Əmirov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov
Baş məşqçi: Novruz İbrahimov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right