“Futzal adına yaxşı oyunun şahidi olduq” - Alesio

İsfahan şəhərində təşkil olunan futzal üzrə beynəlxalq turnir çərçivəsində keçirilmiş Azərbaycan - İran oyunundan sonra yığmamızın baş məşqçisi Joze Alesio Da Silva mətbuat konfransında iştirak edib. 
Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı mütəxəssis 3:3-lük heç-heçəni belə dəyərləndirib:  
“İrana dünən gəldik və ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafliksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə kimi qeyd etmirik. Bu gün maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq. 
Hesab oyuna görə oldu. Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır. Artıq sabah Rusiya ilə keçirəcəyimiz oyun haqda düşünməliyik”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah