Millimizin üzvü: "Mövcud şəraitlə barışmalıyıq"

İranda bu gün start götürəcək beynəlxalq turnirdə iştirak edəcək futzal üzrə Azərbaycan millisi son məşqini oyunun keçiriləcəyi arenada reallaşdırıb. Məşqdən sonra millimizin aparıcı üzvlərindən Vassoura AFF-nın mətbuat xidmətinə müsahibə verib.

Newsport.az saytı həmin müsahibəni təqdim edir.
 
- Son məşqdən sonra komandada vəziyyət necədir?
- Mən komandanın cəmi 5 məşqində iştirak etmişəm. Ancaq bu fakt dəyişmir ki, millimiz çox güclüdür. Sabah bizi çətin oyun gözləyir, bunu hamımız dərk edirik. Oyunumuz istədiyimiz şəkildə keçəcəyinə inanıram.
 
- Amma məşqdən sonra həm baş məşqçi, həm də millinin üzvləri örtüyün yaxşı vəziyyətdən olmadığını bildirdilər…
- İran Asiya çempionatında oynayır. Ona görə də onlar terefleks örtüyündən istifadə edirlər. Avropada isə demək olar, zalların hamısı parketdir. Bəli, ağır örtükdü. Ancaq bu haqda düşünməyin mənası yoxdu. Əgər oturub bunu düşünsək, oyuna köklənə bilməyəcəyik, qopacağıq. Ona görə də bura gəlmişiksə, mövcud şəraitlə barışmalıyıq.
 
- İranın son zamanlardakı oyununu görmüsənmi?
- Biz onlarla 1 il əvvəl oynamışıq. Həmin vaxt dünya çempionatının final mərhələsində bir qrupda yer almışdıq. Yadımdadı, çox çətin, ağır oyun alınmışdı. Bu dəfə də asan olmayacaq. Üstəlik, onlar dogma meydanda oynayırlar. Bizim də güclü heyətimiz var. Həm də bu turnir Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
 
- Rəqibin hansı üstün və zəif cəhətlərini qeyd edə bilərsən?
- İran güclü komandadır. Onlar dəfələrlə Asiya çempionu olublar. Millinin üzvləri digər çempionatlarda çıxış edir. Dünya çempionatının daimi iştirakçılarından biridirlər. Bir sözlə, çox güclüdürlər.
 
- Bəs turnirə dəvət alan komandalar haqda nələri qeyd etmək istərdin?
- Burda 4 komanda var və hər biri yekunda qalib ola bilər. Çünki hamısı güclü, özlərini sübut etmiş komandalardı. Bütün oyunlar maraqlı və gərgin keçəcək. Kim şansından düzgün istifadə edə bilsə, burdan qalib ayrılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right