Rizvan Fərzəliyev: "Avropa çempionatına hazırlığımızı major notlarda davam etdirmək istəyirik"

“4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyevin iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.

Newsport.az xəbər verir ki, millinin üzvü jurnalistlərlə İranda keçiriləcək turnir haqda fikirlərini bölüşüb. “Noyabrın 28-dən milli komanda təlim-məşq toplanışına başlayıb. Həmin gün iki, qalan günlərdə bir dəfə olmaqla məşqlər keçirik. Əsasən taktiki planda çalışırıq. Sabah gecə saatlarında İrana yola düşəcəyik. Təşkilatçı ölkə ilə bərabər, güclü Rusiya və Qazaxıstanla oyunlar keçirəcəyik. Bu yarış bizim üçün çox vacibdi. Çünki bir aydan sonra Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Həmin yarışöncəsi bu turnir sonuncu sınağımızdı. Çalışacağıq ki, layiqli oyun göstərib yüksək nəticə ilə qayıdaq və Avropa çempionatına hazırlığımızı major notlarda davam etdirək. Qitə birinciliyində böyük yarışların daimi favoritlərindən hesab edilən İspaniya və Fransa kimi maraqlı komanda ilə qarşılaşacağıq. Əlbəttə, ən azı 1/4 finala yüksəlmək üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, turnir Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right