Futzal üzrə Yüksək Liqada VII turun oyunlarına təyinatlar açıqlanıb.
Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab edilən və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq “Marafon Futsal” – “Neftçi” İK oyununu FİFA referiləri idarə edəcək. Elə həmin qarşılaşmanın hakimlərinin işini də FİFA hakim-inspektoru qiymətləndirəcək. Noyabrın 15-də, Bakı İdman Sarayında keçiriləcək tura təyinatları diqqətinizə çatdırırıq:
Saat 14:30 “Marafon Futsal” – “Neftçi” İK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Murad Məmmədov
Saat 16:00 “Araz” – “Xəmsə”
Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Əli Cəbrayılov
Hakim-inspektor: Ələkbər Məmmədov
Saat 17:30 “Yasamal” FK – EKOL
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Aydın Gözəlov