Alesio da Silva: "Yaxşı ki, bu vəziyyət çox davam etmədi"

Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində ikinci görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, Malta çempionu “St Andreus”u 6:4 hesabı ilə məğlub edən “Araz”ın baş məşqçisi Alesio da Silva oyundan sonra fikirlərini AFF-nın rəsmi facebook səhifəsinə açıqlayıb.

“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdü, məğlub durumda olan zaman konsantrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər. Rəqibin son şansı olduğuna görə, bizimlə qarşılaşmada bütün gücünü səfərbər etmişdi. Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik. Qrupda son oyunumuzu “Deva”ya qarşı keçirəcəyik. Bu görüş “Mostar” və “St Andreus”la qarşılaşmalardan daha çətin keçəcək. Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidir. Üstəlik, bugünkü oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu alaniz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right