"Araz" UEFA kubokuna qələbə ilə başladı

Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində mübarizəyə start verib.

Newsport.az-ın məlumatına görə, “Araz”ın yer aldığı VIII qrupun oyunları Rumıniyada keçirilib. Joze Alessionun komandası ilk oyununu "Mostar"a qarşı keçirib və 5:2 hesabı ilə qalib gəlib.

Çempionumuz həmçinin Rumıniyanın "Deva”, Maltanın "Sent Endryus” və Bosniya və Herseqovinanın "Mostar” klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, yalnız qrup qalibi Elit raunda vəsiqə qazanacaq.

"Araz” növbəti oyunlarını 12 və 14 oktyabrda keçirəcək. Təmsilçimiz müvafiq olaraq "Sent Endryus” və "Deva” ilə üz-üzə gələcək.

UEFA kuboku, əsas mərhələ

VIII qrupu

I tur

11 oktyabr

17:30. "Araz” (Azərbaycan) - "Mostar” (Bosniya və Herseqovina) - 5:2 
Qollar:
 Bolinya, 1 (1:0), Veşiç, 15 (1:1), Xətai Bağırov, 16 (2:1), Maykon da Silva, 20 (3:1), İsa Atayev, 21 (4:1), Maykon da Silva, 26 (5:1), Aladziç, 35 (5:2)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah