Kateqoriya: Futzal | Tarix: 29.09.2017 14:48
Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.
Newsport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.