Millimizin rəqibləri sabah müəyyənləşəcək

Gələn il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil ediləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Lyublyana qəsrində baş tutacaq və UEFA prezidenti Aleksander Ceferinin də qonaq qismində qatılacağı tədbir Bakı vaxtı ilə saat 14.00-dan etibarən UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:

Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya
Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa

Qeyd: Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right